Menu

 "Azərbaycan neft hasil edən ölkələrin görüşündə iştirak edəcək" - OPEK-in baş katibi

10.10.2016, 21:26

opec_170216Məhəmməd Barkindo təşkilatdan kənar ölkələrlə razılığa gəlinəcəyinə ümid edir

"OPEC-in noyabr ayına nəzərdə tutulmuş iclasınadək quruma daxil olmayan ölkələrlə məsləhətləşmələrdə irəliləyişə nail olmaq mümkündür."

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu OPEC-in Baş katibi Məhəmməd Barkindo deyib.

O, suallara cavab verərkən bildirib: "Hesab edirəm ki, vəziyyət müsbətə doğru dəyişib və biz noyabrın 30-da gözlənilən OPEC kohfransınadək diskussiyalarda irəliləyə bilərik."

"Rusiyadan başqa, hansı OPEC-dən kənar ölkə oktyabrın 12-də neft hasil edən ölkələrin görüşündə iştirak edəcək?" sualına cavab verən M.Barkində vurğulayıb: "Bizə deyiblər ki, Azərbaycan və Meksika iştirak edəcək".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol