AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Kerç boğazında, Livadiya qəsəbəsi yaxınlığında üzən kran suya batıb. Üç ekipaj üzvünün taleyindən xəbər yoxdur, 5 nəfər isə xilas ola bilib.
Dəniz axını mülahizəsindən dolayı, xilasedicilər itkin düşmüşlərin axtarış rayonunu bir qədər də genişləndiriblər - Livadiya qəsəbəindən Forosa qədər. Fövqəladə hallar nazirliyinin dəstələr qrupu gücləndirilir, hadisə yerinə ikinci vertolyot göndərilib. Dalğalarının hündürlüyü 4 metrə çatan güclü qasırğaya baxmayaraq, əməliyyat davam edir. Mexanik, elektromexanik və krançı axtarılır.
Hadisə yerində xilasedici jilet və halqa tapılıb. Hadisə baş verən anda kranın göyərtəsində 8 nəfər olub.
Layihənin nümayəndəsi inandırır ki, bu fovqəladə hadisənin Kerç körpüsünün tikintisinə heç bir aidiyyatı yoxdur.


Şərhlər