Menu

Ermənilər Qarabağda banan əkəcəklər

12.10.2016, 12:52
Ermənilər Qarabağda banan əkəcəklər

Azərbaycanın işğal altındakı Qarabağ torpaqlarında yeni proqramın reallaşdırılmasına başlanılıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, separatçı rejimini rəhbərliyi bölgədə tropik və subtropik meyvələrin əkilməsi üçün yeni proqram qəbul edib.

Proqrama əsasən, Arazboyu ərazilərdə tropik meyvələr (banan, ananas, kivi), işğal altındakı Hadrut və Xocavənd rayonlarında isə subtropik meyvələr (mandarin, feyxoa və portağal) əkmək üçün xüsusi sahələr ayrılıb.

Yerli fermerlərə 20 min ştil paylanıb.

Qondarma rejimin “kənd təsərrüfatı nazirinin müavini” Vilen Avetisyan yaxın illərdə istehsalı artıraraq məhsulu Ermənistan vasitəsilə Rusiyaya satmağı planlaşdırdıqlarını deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol