AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Rusiyada əhalinin 66,0 faizi hesab edir ki, miqrasiya axınını yavaşıtmaq zərurəti var. «Levada Mərkəz»in apardığı sorğu bu nəticəni ortaya qoyub.
Rəyi soruşulanların 39,0 faizi hesab edir ki, gəlmələr Rusiya mədəniyyətini məhv edir, 59,0 faiz əmindir ki, miqrantlar ölkə iqtisadiyyatının inkişafına kömək etmirlər, 64,0 faiz isə bu qənaətdədir ki, miqrantların ucbatından ölkədə cinayətkarlığın səviyyəsi yüksəlir.
Bununla yanaşı, respondentlərin yalnız 18,0 faizi öz şəhərində və ya rayonunda millətlərarası gərginliyin mövcudluğunu hiss etdiyini bildirir. Çoxluq - 79,0 faiz isə belə əhval-ruhiyyənin olmadığını qeyd edir.

Şərhlər