Menu

Rusiyanın müasir silahları Ermənistanda

13.10.2016, 12:47

Vladimir_Putin_and_Serzh_Sargsyan_at_GyumriRusiya Ermənistanla hərbi-texniki əməkdaşlığı davam etdirəcək.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu İrəvanda ArmHiTec-2016 sərgisində Rusiyanın “Rostex və “Qosoboroneksport” dövlət şirkətlərinin nümayəndə heyətinin rəhbəri Vladimir Qonçarov deyib.

O bildirib ki, İrəvanda keçirilən sərgidə Rusiya hərbi texnikasının ən yaxşı nümunələri nümayiş olunacaq: “Bu sərgilər Rusiyanın müasir silahlarının ən yaxşı nümunələrini nümayiş etdirmək, xarici tərəfdaşlarımızın siyahısını genişləndirmək, Rusiyanın Ermənistan və digər ölkələrlə hərbi-texniki əməkdaşlığını gücləndirmək baxımından yaxşı imkandır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol