Menu

Xaçmaz rayonunda bir nəfər bıçaqlanaraq, öldürülüb

16.10.2016, 09:30

BicaqXaçmaz rayonu, Arzu kəndində 1972-ci il təvəllüdlü, Novruzov İlqar Məmmədəli oğlu bıçaq xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

"Report"un məlumatına görə, həkinmlərin cəhdlərinə baxmayaraq, çoxsaylı bıçaq xəsarətləri alan yaralını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.

Prokurorluğun böyük köməkçisi Əlibala Şahverənovun verdiyi məlumata görə rayonun hüquq mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb. Hadisə ilə bağlı prokurorluq qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açılıb

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol