AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Avstriya hakimiyyət dairələri Adolf Hitlerin doğulduğu binanı sökmək qərarına gəlib. Bu barədə Avstriyanın daxili işlər (DİN) naziri Volfqanq Sobotka «Presse» qəzetinə danışıb.
«Hitlerin evi söküləcək. Bünövrə plitəsi yerində qala bilər amma üzərində yeni bina ucaldılacaq. Bina sonradan ya xeyriyyə məqsədləri üçün, ya da dövlət məqsədləri üçün istifadə olunucaq» - deyə, nazir bəyan edib.
O, izah edib ki, qərarı ekspert komissiyasının tövsiyyəsi əsasında qəbul edib. Rəy bir neçə gün bundan əvvəl alınıb. Nazir həmin rəylə tam razı olduğunu bildirib. Odur ki, çərşənbə axşamı məsələni parlamentin səsverməsinə çıxarmaq planlaşdırılır.
Məlumdur ki, Hitler Ransxofen kəndində anadan olub. Bu kənd illər sonra Braunau-na-İnne şəhərciyinin tərkibinə daxil edilib. İyulun 12-də Avstriya hökuməti binanı mülkiyyətçilərdən almaq qərarı çıxarıb. O zaman daxili işlər naziri bildirib ki, xüsusi komissiyanın gəldiyi nəticəyə görə, obyekt «tarixi abidə kimi heç bir əhəmiyyət kəsb etmir».
17-ci əsrin tikilisi olan həmin üçmərtəbəli binada 1965-ci ilə qədər kitabxana, sonra bir müddət bank şöbəsi və məktəb yerləşib. 1977-ci ildən 2011-ci ilə qədər binada emalatxanalar və məhdud imkanlı insanlar üçün sığınacaq fəaliyyət göstərib.
Belə-belə işlər... Ey, gidi dünya, sənin necə pəstahların varmış...


Şərhlər