Menu

Patruşev ABŞ-ı ittiham edir! - Danışıqları yubatmaqda

19.10.2016, 16:02
Patruşev ABŞ-ı ittiham edir! - Danışıqları yubatmaqda

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bəyan edib ki, Suriyadakı silahlılara köməklik göstərmək məqsədilə ABŞ danışıqları yubadır. Onun sözlərinə görə, ABŞ-ın bu dəstəyi terrorçulara yenidən qruplaşmaq imkanı yaradır.

Patruşev hesab edir ki, danışıqların uzadılması Vaşinqtonun dəstəklədiyi «mötədil müxalifət»in Kastello yolundan çəkilməkdən və BMT humanitar konvoyunun keçməsi üçün şərait yaratmaqdan imtina etməsi ilə nəticələnib.

Bu ərəfədə Rusiya Baş Qərargahı xəbər verib ki, oktyabrın 20-də Hələb şəhərində humanitar pauza elan olunacaq və bu imkan dinc əhalinin təxliyyə olunması və silahlıların şəhərdən çıxarılması üçün təklif olunacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol