Menu

NATO hərbçiləri atəşə tutuldu - Ölənlər və yaralananlar var

19.10.2016, 18:20
NATO hərbçiləri atəşə tutuldu - Ölənlər və yaralananlar var

Əfqanıstan ordusunun formasını geyinən naməluma şəxsin beynəlxalq koalisiya qüvvələrinin hərbçilərinə açdığı atəş nəticəsində ölənlər və yaralananlar var.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, hadisə paytaxt Kabulda baş verib.

Qeyd edək ki, NATO-nun başçılıq etdiyi koalisiya öz vəzifəsini 2014-cü il dekabrın 31-də bitmiş elan edib. 2015-ci il yanvarın 1-dən isə NATO Əfqanıstanda 12 min hərbçidən ibarət qeyri-hərbi əməliyyatlar üçün heyət saxlayır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol