Menu

Leyla Yunusun ofisində axtarış aparılacaq

29.04.2014, 16:30
Leyla Yunusun ofisində axtarış aparılacaq

Bir az əvvəl sərbəst buraxılan hüquq müdafiəçisi Leyla Yunusun ofisində axtarış aparılacaq. Bu barədə APA-ya vəkil Xalid Bağırov məlumat verib.

Vəkil qeyd edib ki, Leyla Yunusdan harasa getməməklə bağlı hər hansı iltizam alınmayıb: “Leyna xanım nədə ittiham olunur ki, ondan harasa getməməklə bağlı iltizam da alsınlar? Yaxın saatlarda prokurorluq əməkdaşları Leyla xanımın ofisində axtarış aparacaqlar. Bütün bunlar niyə həyata keçirilir, biz bilmirik”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol