Menu

"Qalatasaray"a yeni baş məşqçi gəlir

29.04.2014, 18:19
"Qalatasaray"a yeni baş məşqçi gəlir

Luçesku bu yay klubla müqavilə imzalayacaq

Rumıniyalı baş məşqçi Mirça Luçesku yenidən Türkiyənin “Qalatasaray” futbol klubuna qayıdır.

ANS PRESS-in məlumatına görə, bu barədə Rumınya Futbol Federasiyasının sabiq prezidenti Mirça Sandu açıqlama verib. Onun sözlərinə görə, Luçesku qarşıdan gələn yay aylarında “Qalatasaray” klubu ilə müqavilə imzalayacaq.

“Qalatasaray” klubu Luçeskunu istəyir. Bu yay müqavilə imzalanacaq. Məncə bu, Luçesko üçün çöx gözəl xəbərdir. Hardasa 10 ildir ki, Luçesko “Şaxtyor Donetsk” klubunu çalışdırır. Dəyişiklik onun üçün müsbət nəticələr verəcək”, - deyə M.Sandu bildirib.

Luçeskunun 68 yaşında olduğunu deyən M.Sandu baş məşqçinin 4 il daha çalışa biləcəyini bildirib.

“Luçesku hər il yeni futbolçu yetişdirməyi bacarır. Hesab edirəm ki, o, Qalatasaray klubuna da faydalı olacaq", - deyə M.Sandu əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol