Menu

ABŞ İstanbulda terror təhlükəsi barədə xəbərdarlıq edib

23.10.2016, 16:20

Istanbul-photoXəbərdarlıqda amerikalılara qarşı zorakılıq aktları törədilə biləcəyi qeyd olunub

ABŞ-ın Türkiyənin İstanbul şəhərindəki baş konsulluğu Amerika vətəndaşlarına mümkün terror və zorakılıq cəhdləri barədə xəbərdarlıq edib.

"Report"un "İnterfax"a istinadən verdiyi xəbərə görə, diplomatik nümayəndəliyin məlumatında bildirilir ki, amerikalılara hücum əvvəlcədən hazırlanmış və ya planlaşdırılmamış xarakter daşıya bilər. Konsulluğun məlumatına görə, bu, silahlı hücum, oğurlanma, partlayış və ya digər zorakılıq aktı ola bilər.

Məlumatda hansı kateqoriyalı amerikalıların hücum obyekti ola biləcəyi qeyd edilməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol