Menu

Mosuldan bəd xəbər

24.10.2016, 10:50
Mosuldan bəd xəbər

Dünyanın diqqətinin Mosul əməliyyatında olduğu bir vaxtda İŞİD terror təşkilatı İraqın Ambar vilayətinə hücum edib.

Trend-in "Haber7" qəzetinə istinadən verdiyi məlumata görə, bundan əvvəl Kərkükə hücum edən silahlılar Ambarın Rutbah şəhərini 6 saat ərzində nəzarətə götürüblər.

İraqın Mosul şəhərinin İŞİD-dən azad edilməsi əməliyyatının 7-ci günündə strateji əhəmiyyətə malik Başikada nəzarət "Peşmərgə" qüvvələrinə keçib. "Peşmərgə"nin istəyi ilə Türkiyə Silahlı Qüvvələri Başikada İŞİD mövqelərinə zərbə vurub.

Mosula hava hücumları zamanı isə İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin köməkçisinin öldürüldüyü bildirilir.

"Anadolu" agentliyinin məlumatına əsasən, son bir neçə gün ərzində İŞİD tərəfində döyüşməyi rədd edən 200 mülki şəxs terrorçular tərəfindən qətlə yetirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol