Menu

Yasamaldakı dava ilə bağlı rəsmi açıqlama: Saxlanılan yoxdur

24.10.2016, 12:08

moskva rusiya miqrantBakının Yasamal rayonu, Şərifzadə küçəsində baş verən dava ilə bağlı saxlanılan yoxdur. Bu barədə Trend-ə Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsindən məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə nəticəsində iki nəfər xəsarət alıb. Hər iki şəxs bir-birinə xəsarət yetirib: "Hələlik saxlanılan yoxdur, döyülmə hadisəsi olduğundan iş təhqiqata verilib. Hazırda faktla bağlı təhqiqat aparılır".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol