Menu

Bakıda bir nəfər özünü DİN-in qarşısında yandırmağa cəhd edib

30.04.2014, 12:51
Bakıda bir nəfər özünü DİN-in qarşısında yandırmağa cəhd edib

Bakıda intihara cəhd edilib. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə Daxili İşlər Nazirliyinin inzibati binasının qarşısında qeydə alınıb.

45-50 yaşlı kişi üstünə benzin tökərək özünü yandırmaq istəyib. Lakin ərazidə xidmət aparan polis əməkdaşları onu fikrindən yayındırmağa nail olublar.

Səbail rayon Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, intihara cəhd edən şəxs artıq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol