Menu

Türkiyə raket atəşinə məruz qalıb

27.10.2016, 09:07
Türkiyə raket atəşinə məruz qalıb

Suriya tərəfindən atılan raket Türkiyənin cənub-şərqində yerləşən Kilis əyalətinə düşüb, bir nəfər yaralanıb.

"Report" "Hurriyet" qəzetinə istinadən xəbər verir ki, insident çərşənbə günü Türkiyə-Suriya sərhədi yaxınlığında baş verib.

"Anadolu"nun məlumatına görə, raket İŞİD terror qruplaşmasının nəzarəti altında olan ərazidən atılıb.

Atəş nəticəsində 18 yaşlı qız yüngül xəsarət alıb, o, xəstəxanaya yerləşdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol