AzPolitika.info xarici KİV-ə istinqadla xəbər verir ki, gələn il Almaniyadan Polşaya 900 ABŞ hərbçisi göndəriləcək. Proses NATO qüvvələrinin Şərqi Avropada hərbi iştirakının genişləndirilməsi planları çərçivəsində həyata keçiriləcək.
Bu barədə ABŞ-n müdaifə naziri Eşton Karter Şimali Atlantika Alyansındakı həmkarları ilə apardığı danışıqların ilk günündən sonra bəyan edib.
Karter deyib ki, amerikalı hərbçilər Polşaya gələn ilin aprelində göndəriləcək və ölkənin şimal-şərqində yerləşdiriləcək. Burada ABŞ batalyonu Rumıniyadan olan bir rota və Britaniyadan olan daha bir rota ilə möhkəmləndiriləcək.

Şərhlər