Menu

Qubada torpaq sürüşməsi baş verib, 8 kəndlə nəqliyyat əlaqəsi kəsilib

28.10.2016, 19:59
Qubada torpaq sürüşməsi baş verib, 8 kəndlə nəqliyyat əlaqəsi kəsilib

Yolun açılması üçün əraziyə texnika cəlb olunub

"Report"un Şimal bürosu xəbər verir ki, Quba rayonunu Xınalıq kəndi ilə birləşdirən avtomobil yoluna 3 tondan böyük qaya parçası torpaq qatı ilə birlikdə düşüb. Nəticədə Quba-Xınalıq yolunun 35-ci kilometrliyi bağlanıb. Hazırda 8 kəndlə nəqliyyat əlaqəsi kəsilib.

"Azəravtoyol" ASC-nin Xınalıq üzrə sahə rəisi Bilal Sultanov "Report"a bildirib ki, yolun açılması üçün əraziyə texnika cəlb olunub: "Hazırda yol bağlıdır və bu yoldan istifadə edən sürücülər çox ehtiyatlı olsunlar".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol