Menu

"Parisdə miqrantların qeyri-qanuni düşərgəsi söküləcək" - Olland

29.10.2016, 18:05

fransua_olland_120514Parisin şimal-qərbində salınmış qeyri-qanuni miqrant düşərgələri söküləcək.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Fransa prezidenti Fransua Olland paytaxtın qərbində miqrantların qəbul mərkəzlərindən birinə baş çəkərkən deyib: "Biz Kaledəki qeyri-qanuni düşərgəni sökdük. İndi də analoji işləri Parisdə yerinə yetirəcəyik. Fransada belə düşərgələrə göz yuma bilmərik".

Fransa prezidentinin sözlərinə görə, həmin düşərgələrdəki miqrantlar rəsmi mərkəzlərdə yerləşdiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol