Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşının güllə yarası alması faktı təsdiqlənib.
Bu gün Saatlı rayon sakini 1954-cü il təvəllüdlü Ağakərim Səlimov güllə yarası ilə Şirvan şəhər xəstəxanasına gətirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, hadisə qanunsuz ov hallarına qarşı aparılan mübarizə tədbirləri çərçivəsində baş verib.
Nazirliyin əməkdaşı yaralanıb. Faktla bağlı araşdırma aparılır.

Şərhlər