Menu

“TÜRKİYƏNİN BÖLÜNMƏ RİSKİ VAR” - Binəli Yıldırım

30.10.2016, 22:30

binali yildirimTürkiyənin baş naziri Binəli Yıldırım prezident üsul-idarəsinə keçilməzsə, Türkiyənin bölünmə riskinin olduğunu bəyan edib.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu gün hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul təşkilatının Məclisində çıxışı zamanı B. Yıldırım deyib ki, Türkiyədə prezident üsul-idarəsində ölkənin unitarlığı qorunacaq.

Baş nazir Türkiyədə prezident üsul-idarəsinin tətbiq olunmasından sonra ölkənin bölünəcəyi ilə bağlı iddiaların əsassız olduğunu vurğulayıb: “Heç bir belə yalan bəyanatlar verməsin. Əslində prezident üsul-idarəsinə keçilməzsə, Türkiyənin bölünmə riski var. Mən bunu açıq-aşkar bəyan edirəm. Prezident üsul-idarəsinə keçilməsi ölkənin federallaşması demək deyil. Unitar dövlətlərdə də prezident üsul-idarəsi var”.

Qeyd edək ki, APK yaxın 10 gün ərzində Türkiyədə prezident üsul-idarəsinin tətbiqini nəzərdə tutan Konstitusiyaya dəyişikliklər barədə layihəni parlamentə təqdim edəcək. Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlu dəfələrlə prezident üsul-idarəsinin tətbiq edilməsindən sonra Türkiyənin bölünəcəyi ilə bağlı bəyanatlar səsləndirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol