Menu

Türkiyədə terror təhlükəsi

03.11.2016, 19:35
Türkiyədə terror təhlükəsi

Türkiyə polisi ölkənin cənubundakı Qaziantep vilayətində təhlükəsizlik tədbirlərini gücləndirib.

Trend-in Haber 7 qəzetinə istinadən verdiyi məlumata görə, bu tədbirlər İŞİD tərəfindən ola biləcək terror aktı təhlükəsi ilə bağlıdır.

Bölgəyə əlavə təhlükəsizlik qüvvələrinin cəlb olunduğu deyilir. Bundan başqa, yerli polisin İŞİD-ə qarşı yeni əməliyyatlara hazırlaşdığı da məlumat verilib.

Qeyd edək ki, ötən ayın ortalarında Türkiyə Milli Kəşfiyyat İdarəsi ölkənin bütün vilayətlərində İŞİD tərəfindən terror aktları törədilə biləcəyini demişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol