Menu

Şahin Sultanovu Hərbi Prokurorluqda necə həbs ediblər? - Təfərrüat

02.05.2014, 11:14
Şahin Sultanovu Hərbi Prokurorluqda necə həbs ediblər? - Təfərrüat

"Orda admiralla əsgərə fərq qoyulmayan hərəkətlər elədilər"

“Şahin Sultanovla iki gün əvvəl görüşmüşük, əhval-ruhiyyəsi çox yaxşıdır. Ona qarşı irəli sürülən ittihamlarla qəti şəkildə razı deyil. Bununla bağlı apelyasiya şikayəti vermişik, amma hələ ki, nəticəsi yoxdur”. Bu sözləri aznews.az-a Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Şahin Sultanovun vəkili Adəm Məmmədov bildirib. Onun sözlərinə görə, Şahin Sultanovla yaxın qohumları da görüşüb.

Vəkil bildirib ki, vitse-admiralın həbsi müvəkkilinin özünə də qaranlıqdır. Adəm Məmmədov Şahin Sultanovun hansı şəraitdə həbs olunduğunu da açıqlayıb.

“Onu Respublika Hərbi Prokurorluğunun inzibati binasına şahid qismində dəvət elədilər. Barəsində həbslə bağlı protokol tərtib elədilər. Oradaca - müstəntiqin otağında həbs olundu. 48 saatlıq həbs barədə qərar qəbul olundu və üzləşmə istintaq hərəkəti aparılandan sonra barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçildi”, - deyə vəkil bildirib.

Adəm Məmmədovun sözlərinə görə, Şahin Sultanov həbs olunan zaman ona qarşı psixiloji təyizqlərə cəhd olub: “Onun həbsinin həyata keçirilməsində Respublika Hərbi Prokurorluğunun əməkdaşlar həddən artıq ciddi psixiloji təzyiq etmək istəyirdilər. Orda admiralla əsgərə fərq qoyulmayan hərəkətlər elədilər. Hətta mübahisəmiz də oldu. Ora gələn kimi protokol tərtib olunmadan qoluna qandal vurdular. Hələ onda şahid qismində dindirilirdi. Sonra mən etirazımı bildirdim və protokol tərtib olunandan sonra yenidən qolunu qandalladılar.

Şahin müəllim isə qoluna qandal vurulmasını soyuqqanlıqla qarşıladı".

Vəkil onu da bildirib ki, yüksək vəzifəli şəxslər, generallar Şahin Sultanovun ailəsinə zəng vurub vitse-admirala dəstək olduqlarını deyiblər: “Yüksək səlahiyyətli şəxslər, generallar zəng vurub dəstək olduqlarını bildirirlər. Çünki Şahin müəllim Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin yaradılmasının təşəbbüskarı olub. Bundan əlavə Xəzər dənizində neft qaz təhlükəsizliyi ilə bağlı layihələrin müəllifidir”.

Adəm Məmmədov sonda qeyd edib ki, Şahin Sultanov barəsində seçilmiş həbs-qətimkan tədbirinin ləğv olunacağına ümid edir. Əks təqdirdə isə vəkil bununla bağlı ölkə rəhbərliyinə müraciət edəcəyini bildirib.

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol