Menu

İtaliyanın sahil mühafizə qüvvələri bir gündə 2200 miqrant xilas edib

06.11.2016, 00:41

miqrantİtaliyanın sahil mühafizə qüvvələri noyabrın 5-də 2200 afrikalı miqrantı xilas edib.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, xilas olunan miqrantlar 13 rezin sal və qayıqlar vasitəsilə dənizi keçməyə cəhd ediblər.

Xilasetmə əməliyyatı zamanı dənizdə boğulmuş 10 miqrantın meyiti aşkarlanıb.

Bundan əvvəl Aralıq dənizində rezin qayıqda 25 miqrantın meyiti tapılmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol