Menu

Rusiyada partlayış : ölənlərin sayı 5 nəfərə çatıb

06.11.2016, 11:19
Rusiyada partlayış : ölənlərin sayı 5 nəfərə çatıb

Rusiyanın İvanovo şəhərində yaşayış binasında baş verən partlayış nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu İstintaq Komitəsinin Regional İdarəsinin nümayəndəsi Olqa Dolyeva bildirib.

Bundan əvvəl partlayış nəticəsində 4 nəfərin öldüyü açıqlamışdı.

Məlumata görə, dağıntının sahəsi 80 kv.m. təşkil edib. Binada ümumilikdə 19 sakin qeydiyyata alınıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, partlayış qaz sızması nəticəsində baş verib. Dağıntılar altında 8 sakinin qaldığı ehtimal edilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol