AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, İraqın federal polisi Mosul şəhərindən cənubda İŞİD adlandırılan qruplaşmanın qurbanı olmuş İraq sakinlərinin kütləvi məzarlığını aşkar edib. Bu barədə «As Sumaria » telekanalı xəbər verib.
Kanalın məlumatına görə, ekstremistlər tərəfindən başı kəsilmiş 100-dən artıq iraqlının Hamam-əl-Əlil yaşayış məntəqəsində qalıqları tapılıb. Ərazi terrorçulardan yenicə azad edilib. Həlak olanların şəxsiyyəti müəyyənləşdirilir.
Respublika polisinin komandanı Raid Şakər bəyan edib ki, güc strukturlarının döyüşçüləri cənub istiqamətdən Mosul aeroportuna 5 kilometr məsafəyə qədər yaxınlaşıblar və hücumu davam etdirirlər.


Şərhlər