“Media forum” saytının məlumatına görə, baş redaktor yazıb ki, gündəlik nəşrin dayandırılması qərarına uzun müddətdir davam edən sərt və heç də hər zaman ədalətli olmayan gerçəkliklərin basqısı altında gəlib. O qeyd edib ki, bu qərara son nöqtəni Rauf Mirqədirovun həbsi qoyub.
Elçin Şıxlı yazır ki, hazırda biznes qəzet işindən sıxışdırılıb çıxarılıb və bunun çox sadə bir səbəbi var - siyasi güclər iqtisadiyyatı öz nəzarətinə keçirdiyi yerdə bizneslə, həm də qəzet işi kimi özəl bir bizneslə məşğul olmaq mümkün deyil: “Son vaxtlar mən qəzeti ona görə buraxmıram ki, başqalarına satıb həyatımı təmin edim. Son vaxtlar qəzeti qürurumdan buraxıram, çünki mən jurnalistəm. Ancaq jurnalistika məni ölməyə qoymadığı kimi məni öldürür də”.
Elçin Şıxlı sonda qeyd edir ki, bəzən adam hər şeyi atıb getmək həddinə gəlir: “Ancaq bu məndə alınmır. Hələlik gündəlik buraxılışı dayandırıram. Bəlkə kimsə bununla yüngülləşə”.

Şərhlər