Menu

Bakıda fəhlə binadan yıxılaraq ölüb

10.11.2016, 10:25
Bakıda fəhlə binadan yıxılaraq ölüb

Bakıda ikinci mərtbədən yerə yıxılan 67 yaşlı kişi xəstəxanada dünyasını dəyişib.

"Report"un xəbərinə görə, hadisə Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində baş verib.

Orada tikinti aparılan binada fəhlə kimi çalışan 1949-cu il təvəllüdlü Əkbərov Tariyel Bəhrəm oğlu ehtiyatsızlıqdan ikinci mərtəbədən yerə yıxılıb. Ağır xəsarət alan T.Əkbərov xəstəxanaya çatdırılıb. O, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol