Menu

"Aqrarkredit" ABB-nin problemli aktivlərini satır - SİYAHI

11.11.2016, 10:15
"Aqrarkredit" ABB-nin problemli aktivlərini satır - SİYAHI

"Aqrarkredit" QSC bank olmayan kredit təşkilatı (BOKT) "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) problemli aktivlərini satmağa və kənar idarəçilərə verməyə hazırlaşır. 

Bu məqsədlə Nazirlər Kabinetinin 22 iyul 2016-cı il tarixli qərarı ilə yaradılmış Müsabiqə Komissiyasının qərarı ilə aktivlərin qiymətləndirilməsi üçün aşağıdakı şirkətlər seçilib:

- "PricewaterhouseCoopers Azerbaijan";

- "Deloitte Azerbaijan";

- "Ernst & Young Azerbaijan";

- "Nexia EA" MMC;

- "RSM Azerbaijan";

- "BDO Azerbaijan";

- "Koneko Group" MMC;

- "Real Prays" MMC;

- "VETO Consulting" MMC.

Müsabiqə Komissiyası, həmçinin satış üçün hərrac təşkilatlarının seçimini başa çatdırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol