Şikayətçi şüşə butulkanı sındıraraq qolunu kəsib
Prezident Administrasiyasının (PA) qəbul otağında intihara cəhd olub. “Azadlıq”a daxil olan məlumatda bildirilir ki, Administrasiyanın Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevin qəbuluna düşmək istəyən şikayətçi şüşə butulkanı sındıraraq qolunu kəsib. Hadisə yerinə dərhal təcili yardım çağırılıb.
Başqa bir mənbənin verdiyi məlumata görə, şikayətçi Zeynal Nağdəliyevin deyil, Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun qəbuluna düşə bilmədiyi üçün intihara cəhd göstərib.
Mənbə onu da bildirir ki, sözünü məmurlara çatdıra bilmədiyinə görə özünü öldürmək istəyən şikayətçi polislər tərəfindən saxlanılıb. Onun Prezident Administrasiyasından birbaşa Səbail rayonu, 9-cu polis bölməsinə aparıldığı bildirilir.
Məlumat redaksiyaya axşam saatlarında daxil olduğundan olayla bağlı Daxili Işlər Nazirliyindən hər hansı informasiya ala bilmədik.


Şərhlər