Menu

Neft üzrə ekspertlərin görüşü 26-28 noyabrda keçirilə bilər

13.11.2016, 00:12
Neft üzrə ekspertlərin görüşü 26-28 noyabrda keçirilə bilər

“Neft bazarının sabitləşdirilməsinə dair məsləhətləşmələr keçirmək üçün ekspertlər arasında görüş 26-28 noyabr tarixlərində keçirilə bilər. Görüşün konkret tarixi dəqiqləşdirilir”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın energetika naziri Aleksandr Novak deyib.

“Mərhələli şəkildə irəliləmək lazımdır, növbəti mərhələ 26-28 noyabr tarixlərini əhatə edəcək. OPEK-in noyabrın 30-da keçiriləcək sammiti ərəfəsində ekspertlər bütün rəqəmləri bir daha nəzərdən keçirmək üçün növbəti dəfə bir araya gələcəklər”, - deyə Novak qeyd edib.

O, Rusiyanın həmin məsləhətləşmələrdə iştirak edəcəyini bildirib. Novak görüşdə qəbul ediləcək qərarlarla bağlı proqnoz verməkdən imtina edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol