Menu

Nazirlikdə iki sektor müdiri işdən çıxarıldı

14.11.2016, 18:47
Nazirlikdə iki sektor müdiri işdən çıxarıldı

Gənclər və İdman Nazirliyinin iki sektor müdiri vəzifəsindən azad edilib.

"Report"un məlumatına görə, bu barədə nazirliyin İdman şöbəsinin müdiri Fərid Mansurov bu gün keçirilən mətbuat konfransında açıqlama verib.

F.Mansurov bildirib ki, hazırda nazirliyin İdman şöbəsi 6 sektordan ibarətdir. Bu yaxınlarda Mütalib Həsənov idman məktəbləri, İradə Rüstəmzadə dopinqə qarşı mübarizə sektorunun müdiri vəzifəsindən ayrılıblar: "Yaxın gələcəkdə digər sektorların müdirləri də özlərini doğrultmasalar, yollarımızı ayıracağıq".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol