Menu

Bakıda daha bir yol çökdü

03.05.2014, 16:37
Bakıda daha bir yol çökdü

Bakıda daha bir avtomobil yolunda çökmə baş verib. Paytaxtda Zabrat dairəsi-Maştağa-Buzovna avtomobil yolunun 15-ci kilometrliyində yolun bir neçə hissəsində asfalt-beton örtüyü çöküb. Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, qeyd edilən avtomobil yolunda təxminən 3 çökmə hadisəsi baş verib. “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev ANS PRESS-ə Zabrat dairəsi-Maştağa-Buzovna avtomobil yolun bir neçə hissəsində çökmə baş verdiyini təsdiqlədi. O, qeyd etdi ki, Hazırda baş verən hadisənin səbəblərinin araşdırılması məqsədilə ərazidə aidiyyatı qurum tərəfindən qazıntı işləri aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol