Menu

Prezident İcra Hakimiyyətinə 3 milyon manat ayırıb

15.11.2016, 19:49
Prezident İcra Hakimiyyətinə 3 milyon manat ayırıb

Çoxmənzilli binaların əsaslı təmiri işləri həyata keçiriləcək

Prezident İlham Əliyev Beyləqan şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

“Report”un xəbərinə görə, sərəncam Beyləqanda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 25 çoxmənzilli binanın əsaslı təmiri məqsədi ilə verilib.

Sənədə əsasən, Beyləqan şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Beyləqan Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol