«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiya Federasiyasının Baş naziri Dmitri Medvedyev bəyan edib ki, vəzifəsindən kənarlaşdırılmış iqtisadi inkişaf naziri Aleksey Ulyukayevə qarşı qaldırılmış cinayət işi hökumət üçün, bütövlükdə isə hakimiyyət üçün ekstraordinar hadisə oldu. O, ümidvar olduğunu bildirib ki, baş verənlər İqtisadi inkişaf nazirliyinin (İİN) fəaliyyətinə təsir göstərməyəcək.
«Biz, ölkə prezidenti ilə vəziyyəti müzakirə etdik. Dünən axşam mən bu vəziyyəti «Vahid Rusiya» fraksiyasından olan Duma deputatları ilə də müzakirə etdim» - deyə, Medvedyev xatırladıb.
«Baş verənləri bütün cidiyyəti ilə araşdırmaq və ciddi şəkildə qanunamüvafiq qaydada qiymətləndirmək lazımdır. Hökumətin sabiq üzvünün günahkar olub-olmaması məsələsinə gəlincə isə son nöqtəni məhkəmə qoymalıdır» - deyə, Baş nazir bəyan edib.

Şərhlər