Menu

“Mətanət Əzizovanın evində axtarış aparılmayıb” -Baş Prokurorluq

03.05.2014, 18:45
“Mətanət Əzizovanın evində axtarış aparılmayıb” -Baş Prokurorluq

“Baş Prokurorluğun əməkdaşları hüquq müdafiəçisi Mətanət Əzizovanın mənzilində heç bir axtarış aparmayıblar”.

Bunu virtualaz.org saytına açıqlamasında Baş Prokurorluqdakı mənbə deyib.

Qaynaq bununla bağlı yayılan məlumatları təkzib edərək onların yalan olduğunu və təxribat məqsədi daşıdığını söyləyib.

Qeyd edək ki, bu gün Mətanət Əzizovanın evində “erməni işi” ilə bağlı axtarış aparıldığına dair informasiya yayılmışdı. Hüquq müdafiəçisinin gün ərzində telefon zənglərinə cavab verməməsi isə bu şayiələri daha da qızışdırmışdı

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol