AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Almaniyada hakim partiyanın liderləri Almaniya Federativ Respublikasının (AFR) xarici işlər naziri Frank-Valter Ştaynmayerin ölkə prezidentliyinə namizədliyini rəsmi olaraq irəli sürüblər.
Xristian-demokratik ittifaqının başçısı, AFR kansleri Angela Merkel bəyan edib ki, Ştaynmayer ideal iddiaçıdır və almanların böyük əksəriyyəti ona inanır: «O, elə bir insandır ki, ona inanmaq olar, onun təcrübəsi, dünyanı tanımaq bilikləri - bütün bunlar onu prezident postuna yaxşı namizəd edir».
Öz növbəsində, Sosial-demokratik partiyasının sədri Ziqmar Qabrityel partiyadaşını dəstəkləyərək, qeyd edib ki, dövlət başçısı vəzifəsində o, alman cəmiyyətində dialoqun inkişaf etdirilməsinə dəstək olacaq: «Mən əminəm ki, bu inam məhz indi - dəyişikliklər dövründə tələb olunur».
Bavariya Xristian-sosial ittifaqının başçısı Horst Zeehofer də qeyd edib ki, Ştaynmayer kompromis adamı olaraq, prezident postuna ideal namizəddir: «Bu vəzifəyə o, həm bir insan, həm də bir siyasətçi kimi uyğun gəlir. Daxili və beynəlxalq işlərdə nəhəng təcrübəyə malikdir. Bütün bunlar isə məhz indi lazımdır».
Ştaynmayerin özü isə namizədliyinin irəli sürülməsinə «öz üzərimə məsuliyyət götürmək niyyətindəyəm» - deyə, münasibət bildirib.
Xatırladaq ki, ölkədə prezident seçkiləri 12 fevral 2017-ci il tarixinə planlaşdırılıb.

Şərhlər