Menu

Qazaxıstanın yeni əskinasları çap olunub - Nazarbayevin təsviri ilə

17.11.2016, 20:15
Qazaxıstanın yeni əskinasları çap olunub - Nazarbayevin təsviri ilə

AzPolitika.info Qazaxıstan KİV-ə istinadla xəbər verir ki, ölkənin Milli bankı üzərində Prezident Nursultan Nazarbayevin təsviri olan yeni əskinaslar çap etdirib.

Bankın rəsmi saytının verdiyi məlumata görə, əskinas Qazaxıstan Respublikasının müstəqilliyinin 25 illik yubileyinə həsr olunub və ölkə başçısının doğum gününə - dekabrın 1-ə qədər dövriyyəyə buraxılacaq.

Milli bankın rəhbərliyi qeyd edir ki, bundan əvvəl də bir sıra ölkələrdə dünya miqyaslı liderdərin təsvirləri müasir əskinasların üzərinə əks olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol