AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, sabiq iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin köməkçisi və mətbuat katibi Yelena Laşkina özünün «Facebook» səhifəsində nazirlikdən getdiyini elan edib.
Laşkinanın sözlərinə görə, onun İqtisadi inkişaf nazirliyi ilə bağlamış olduğu əmək müqaviləsi «gözlənilmədən və tez başa çatıb».
Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Aleksey Ulyukayev noyabrın 15-i gecə «rüşvət alarkən» saxlanıb. İstintaqın versiyasına görə, nazir «Başneft»in səhmlərinin «Rosneft» tərəfindər alına bilməsi üçün verdiyi müsbət siyasi rəyin əvəzində «Rosneft»dən pul tələb edib.
Ulyukayev nazir vəzifəsindən azad edilib və ev dustaqlığı altındadır.


Şərhlər