Menu

Şəmkirdə 73 yaşlı qadın dəm qazından zəhərlənib

22.11.2016, 01:18

dem-qazsiŞəmkirdə dəm qazından zəhərlənmə olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Zəyəm qəsəbə sakini, 1943-cü il təvəllüdlü Diləfruz Məcid qızı Bağırova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənərək Şəmkir Mərkəzi rayon xəstəxanaya yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol