Bu gün “Qara bazar”da Dolların alış və satış qiymətləri 180 manatı yenidən keçib. Dünən “qara bazar”dan 1.79 manata dolları almaq olardı.
“Marja”nın əldə etdiyi məlumata görə, bu gün “qara bazar”da dolların qiyməti 1.80-1.85 manat arasında dəyişir.
Bu gün Azərbaycan banklarında dolların satış qiyməti maksimum 1.7832 manat təşkil edir.
Mərkəzi Bankın bu günə olan rəsmi USD/AZN məzənnəsi ilə (1.7146 manat) “qara bazar” qiyməti arasındakı fərq 5-8% təşkil edir.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı (AMB) sabaha olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. USD/AZN rəsmi məzənnəsi bu günlə müqayisədə dəyişməyərək 1,7146 manat müəyyən olunub.


Şərhlər