Menu

Rusiyada mühərrikinə quş girən təyyarə təcili eniş edib

23.11.2016, 22:59
Rusiyada mühərrikinə quş girən təyyarə təcili eniş edib

Rusiyanın “Azur Air” aviaşirkətinə məxsus təyyarə Domodedovo hava limanına təcili eniş edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Moskva – Punta-Kana (Dominikan Respublikası) marşrutu üzrə uçan təyyarə havaya qalxdıqdan bir qədər sonra geri dönməli olub.

Təcili enişə səbəb quşun təyyarənin mühərriklərindən birinə toxunması olub. İnsident nəticəsində zərərçəkən olmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol