Menu

“NATO ölkələri heç vaxt Dnestryanını tanımayacaq” - Yens Stoltenberq

29.11.2016, 22:40
“NATO ölkələri heç vaxt Dnestryanını tanımayacaq” - Yens Stoltenberq

NATO-ya üzv olan ölkələr heç vaxt Dnestryanı bölgəsinin “müstəqilliyini” tanımayacaq.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

“NATO ölkələri Dnestryanını tanımayıb və tanımayacaq. Biz onu Moldovanın ayrılmaz hissəsi hesab edirik”, - deyə Yens Stoltenberq Moldova naziri Pavel Filiplə görüşündən sonra jurnalistlərə bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol