Menu

Vasif Talıbov deputatın oğlunu yüksək vəzifəyə təyin etdi

05.12.2016, 13:18
Vasif Talıbov deputatın oğlunu yüksək vəzifəyə təyin etdi

Vasif TalibovMilli Məclisin üzvü, akademik İsa Həbibbəylinin oğluna yüksək vəzifə verilib.

Bizimyol.info xəbər verir ki, İsa Həbibbəylinin oğlu Səhhət Həbibəyli Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun imzaladığı sərəncamla Naxçıvan MR Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib.

Qeyd edək ki, Deputat İsa Həbibbəylinin digər oğlu Ərəstü Həbibbəyli də yüksək vəzifədə çalışır. O Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdir müavinidir. I dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi daşıyır.

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol