AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Rusiya İslam komitəsinin sədri Heydər Camal Alma-Atada dəfn olunub. O, şəhərin Baqanaşıl mikrorayonunun yaxınlığındakı qəbristanlıqda uyuyacaq. Xəbəri «Azzatık» nəşri yayıb.
Mərhumla vida mərasimi şəhərin mərkəzi məscidində keçirilib. Onunla vidalaşmaq üçün buraya çoxsaylı insan gəlib. Yerli hakimiyyət və Qazaxıstan müsəlmanları dini idarəsinin (QMDİ) nümayəndələri dəfn mərasimində gözə dəyməyiblər.
Bazar ertəsi yerli KİV-lər xəbər vermişdilər ki, mərhumun nəşi Kensayedə - çoxlu tanınmışların dəfn olunduğu qəbristanlıqda torpağa tapşırılacaq. Ancaq mərasim şəhərin yuxarı hissəsində yerləşən kiçik qəbristanlıqda keçib.
Rusiyanın tanınmış din xadimi və «Rusiya islam irsi» ictimai təşkilatının həmsədri Heydər Camal 69 yaşında uzun sürət xəstəlikdən sonra Alma-Ata şəhərində vəfat edib.
Allah rəhmət eləsin!


Şərhlər