Menu

“Gülər Əhmədovaya danışmağı qadağan ediblər”

07.05.2014, 11:38
“Gülər Əhmədovaya danışmağı qadağan ediblər”

İki gün öncə şərti olaraq azadlığa buraxılan sabiq deputat Gülər Əhmədovaya danışmaq qadağası qoyulub. Bu barədə AzNews.az-a açıqlamasında sabiq deputatın həyat yoldaşı Fikrət Əhmədov məlumat verib: “Hazırda Gülər xanım həkim nəzarəti altındadır. Ona danışmağı qadağan ediblər. Bir az istirahət etməlidir”.

Qeyd edək ki Gülər Əhmədova ABU-nun keçmiş rektoru Elşad Abdullayevin yaydığı “rüşvət videoları”na görə saxlanılaraq barəsində 3 illik azadlıqdan məhrum etmə qərarı çıxarılmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol