Menu

Tramp kəşfiyyat hesabatlarına maraq göstərmir

10.12.2016, 16:50
Tramp kəşfiyyat hesabatlarına maraq göstərmir

AzPolitika.info xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) kəşfiyyat xidmətləri həftədə bir dəfə daha əhəmiyyətli məxfi məlumatları yeni seçilmiş Prezident Trampa təqdim edirlər. Amma KİV-in yaydığı məlumata görə, yeni seçilmiş Prezident Donald Tramp kəşfiyyat qurumlarının hesabatlarına maraq göstərmir.

Müşahidəçilər belə bir məqama diqqət yetirirlər ki, Trampla kəşfiyyat brifinqləri əvvəlki seçilmiş prezidentlərin dövründə olduğundan xeyli seyrək keçirilir.

Mənbələr qeyd edirlər ki, belə məlumatlar fəaliyyətdə olan prezidentə daha tez-tez çatdırılır. Trampın isə bu məruzələri tələb etməməsinin səbəbləri məlum deyil.

Bununla yanaşı ABŞ-n seçilmiş vitse-prezidenti Mayk Pens kəşfiyyat hesabatlarını demək olar, hər gün dinləyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol