Menu

Azərbaycan prezidentinin İsrail baş naziri ilə təkbətək görüşü olub

13.12.2016, 15:24
Azərbaycan prezidentinin İsrail baş naziri ilə təkbətək görüşü olub

Azərbaycan prezidenti İlham Əliyevin İsrail dövlətinin baş naziri Benyamin Netanyahu ilə təkbətək görüşü olub.

APA-nın məlumatına görə, prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Benyamin Netanyahunu və xanımı Sara Netanyahunu qarşılayıblar.

Azərbaycan prezidenti İlham Əliyev və İsrailin baş naziri Benyamin Netanyahu birgə foto çəkdiriblər.

Görüşdə ölkələrimiz arasında əlaqələrin inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol