Menu

İsrailin baş naziri Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR

13.12.2016, 18:52
İsrailin baş naziri Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR

İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu və xanımı Sara Netanyahu dekabrın 13-də Şəhidlər xiyabanını ziyarət ediblər.

"Report" xəbər verir ki, Baş nazir Benyamin Netanyahu Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Bakının mənzərəsini seyr edən İsrailin baş nazirinə və xanımına Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol