Menu

Avroparlament Ukrayna və Gürcüstana viza rejimini ləğv etdi

15.12.2016, 16:47

viza«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Avropa Parlamenti (AP) cümə axşamı assambleyanın Stasburqda keçirilən sessiyasında Ukrayna və Gürcüstan vətəndaşlarına Aİ ölkələri ilə vizasız gediş-gəlişin tətbiqi üzrə qanunverici prosesin başa çatdırılmasını təsdiqləyib.

Qərar Avropa parlamenti deputatlarının səs çoxluğu ilə qəbul olunub. Bundan başqa Ukrayna Avropada ən çox korrupsiyalaşmış ölkə elan olunub.

Bundan əvvəl Aİ Şurası, Avroparlament və Avropa Komissiyası Aİ-nın bir və ya bir neçə ölkəsinə nəzarət olunmayan miqrant və qaçqın axını baş verəcəyi təqdirdə, üçüncü ölkələrə yönəlik vizasız rejimin dayandırılması mexanizmi üzrə ilkin razılığa gəlmişdi. Bu mexanizmin təsdiqi isə Ukrayna və Gürcüstan vətəndaşlarına Aİ ölkələrinə vizasız gediş-gilişin tətbiqini ləngidirdi.

İndi Aİ-nın uyğun direktivini Aİ Şurası rəsmi olaraq təsdiqləməlidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol